Gürcüstan 1 iyun tarixindən sərhədlərini açacaq

25 May 2021 15:04 (UTC+04:00)

Gürcüstan hökuməti yeni növ koronavirusla mübarizə çərçivəsində iyunun 1-də aylarla bağlı olan bütün sərhədərini açmağa qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tiflisdə Gürcüstanın Baş naziri İraq Qaribaşvilinin rəhbərliyi ilə Covid-19-a dair koordinasiya iclasında epidemiya səbəbindən qoyulan bəzi məhdudiyyətlərin ləğvi qərara alınıb.

Buna görə, 1 iyun tarixindən etibarən xaricilər mənfi PCR testi və Covid-19 peyvəndi hesabatı ilə ölkəyə girə biləcəklər, lakin ölkədə qaldıqları 3-cü günündə bir daha Covid-19 testindən keçəcəklər.

Bu günə qədər 339 min 315 nəfərdə virus aşkar edildiyi ölkədə 320 min 777 adam sağalıb və 4 min 654 xəstə epidemiya səbəbi ilə ölüb.

Son 24 saat ərzində 1354 nəfərin virusa yoluxduğu ölkədə 23.00-05.00 arasında tətbiq olunan məhdudiyyət saatları davam edəcək.