Regionun inkişafına xidmət edən əməkdaşlıq istiqamətləri göstərildi - ŞƏRH

25 May 2021 14:00 (UTC+04:00)

2021-ci il 20 may tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perespektivləri” adlı tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları çıxışı zamanı regionun inkişafına xidmət edən əməkdaşlıq istiqamətləri barədə çox mühüm mesajlar verdi. Cənab Prezident qeyd etmişdir ki, Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər baş vermişdir. Yeni vəziyyət yeni yanaşmaları tələb edir. Regionun siyasi və iqtisadi aktuallığı durmadan artır.

Azərbaycan həmişə həm regionda, həm MDB məkanında, Avropa və beynəlxalq miqyasda əmədaşlığın inkişaf etdirilməsinin tərəfdarı olmuş və bu sahədə mühüm uğurlara imza atmışdır. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan birbaşa qaz nəql edən marşurutların yaranmasını dəsdəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satışı müqavilələri üçün zəmin yaratdı. Bu layihədən əvvəl, 1994-cü ildə “Əsrin Müqaviləsi” ni imzalamaqla Azərbaycan geniş miqyaslı beynəlxalq əməkdaşlığa töhfə verərək həm gələcək inkişafı üçün həlledici imkanlar yaratdı həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrildi. “Əsrin Müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə müasir dövrdə təbi qaza tələbatın artdığı şəraitdə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaratdı. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. 2020-ci ilin son günü çox əlamətdar bir hadisə baş verdi- Azərbaycan qazı Avropaya çatdı. Tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi. Bu hadisənin Azərbaycan tarixində xüsusi yeri və əhəmiyyəti var.

Azərbaycan beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edir. Cənub Qaz dəhlizi layihəsini həyata keçirilməsində əsas beynəlxalq maliyyə institutları Azərbaycanın tərəfdaşı olubdur.

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəsdəkləyən ölkələrdən biridir. Asiyanı Avropa ilə birləşdirmək konteksində sözügüdən layihə beynəlxalq gündəliyin mühüm bir hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşları ilə mühüm bağlantıları var.

Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə, eyni zamanda böyük iqtisadi potensiala malik Rusiya , ABŞ , Çinlə və Avropa İttifaqı və dünyanın digər ölkələri ilə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Bu Azərbaycanın müstəqil xarici siyasətinin göstəricisidir.

Bu vaxta qədər Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələri regional əməkdaşlığı qaçılmaz edir. Bu layihələrin həyata keçirilməsi regionun iki ölkəsinə- Gürcüstana və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, bu ölkələrin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb.

Azərbaycanın tam qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsi regionda vəziyyəti təmamilə dəyişdi. Regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açılır. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənub Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılmasını istəyir.

Rauf Əliyev, Milli Məclisin deputatı