"Azərxalça" Şabran filialında bu sayda xalça toxunub - FOTOLAR

25 May 2021 10:47 (UTC+04:00)

2018-ci ildən fəaliyyətə başlayan “Azərxalça” ASC-nin Şabran filialında bu günə kimi 184 xalça toxunub. SİA xəbər verir ki, bu barədə jurnaliatlərə açıqlamasında “Azərxalça” ASC-nin Şabran filialının direktoru Vəliyeva Kəbirə məlumat verib.

Onun sözlərinə görə 2018-ci ilin noyabrından bu günə qədər emalatxana cəmi 1 il pandemiya dövründə fəaliyyətsiz qalıb: “Emalatxananın ümumi kollektivi 50 nəfər təşkil edir. Onlardan 44-ü toxucu xanımlar, 6 nəfər isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunulur. Əsasən xalçaların üzərində Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesinin nə qədər çəkməsi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxyəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və ya 4 nəfər toxucu birlikdə də toxuya bilir”

K.Vəliyeva onu da əlavə edib ki, xanım işçilərə “Azərxalça” ASC-nin rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır: “Belə ki, bölgələrdə xanımların işləməsi ilə bağlı müəyyən çətinliklər yaşanır. Lakin “Azərxalça” ASC emalatxanaları bu mövzuda istisna hal təşkil edir. Çünki xanımların emalatxanaya gətirilməsinə xüsusi nəqliyyat vasitəsi ayrılır. İş saatı bitdikdən sonra isə toxucu xanımlar həmin nəüliyyat vasitəsi ilə evlərinə geri qaytarılır”.