May ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi

25 May 2021 09:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.