Turp suyu içməyin - FAYDALARI

24 May 2021 16:37 (UTC+04:00)

7 gün ərzində hər gün bir stəkan turp suyu içməklə sağlamlığınıza müsbət təsirləri müşahidə edə bilərsiniz. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, turp suyu xərçəngə çox faydalıdır. Zəngin qidalanma dəyərləri sayəsində güclü antioksidan rolunu oynayan turp suyu xərçəngə qarşı təsirli məhsuldur.

Böyrək daşının azaldılmasında təsirlidir

Böyrək daşı probleminiz varsa, gündəlik turp suyunu istehlak etməyiniz tövsiyə olunur.

Sızanaqların qarşısını alır

Problemli dəri quruluşunuz varsa, turp suyundan istifadə edə bilərsiniz. Turp suyundan müntəzəm istifadə sızanaq kimi sağlamlıq problemlərini müalicə edir.

Ağciyəri təmizləyir

Tərkibində bol C vitamini olan turp suyu ağciyərlərdə və bronxlarda təmizləyici təsir göstərir.

Sümük və dişləri gücləndirir

Turp suyunun istifadəsi sümüklərin və dişlərin kalsium ehtiyaclarının ödənilməsində çox təsirlidir.

Turp suyunun müntəzəm istifadəsi ilə bədəndəki sərbəst radikalları tarazlaşdıra bilərsiniz.

Ayşən Vəli