Gervinyo və Bruno Peres transferi

24 May 2021 15:08 (UTC+04:00)

Güclü bir komanda ilə yeni mövsümə girməyə hazırlaşan "Trabzonspor"da ulduz futbolçu Gervinyo və sağ cinah müdafiəçisi Bruno Peres həftə içi Trabzona gələcək.

33 yaşlı Gervinyonu hücum zonasında istəyən "Trabzonspor" heyətə vacib bir ad əlavə etdi və sağ cinah mövqeyini Braziliyalı oyunçu Bruno Peresə etibar edib.

İtaliya Serie A komandaları "Parma"dan Gervinho və "Roma"dan Peresi heyətinə qatacaq, komanda həm də "Parma"nın Danimarkalı oyunçusu Andreas Cornelius üçün çalışmağa davam edir.

Bruno Peres ilə 2024-cü ilə qədər, Gervinho ilə 2023-cü ilə qədər müqavilə imzalayacaq olan "Trabzonspor", iki ulduzu bu həftə xüsusi təyyarə ilə Trabzona gətirəcək. Sağlamlıq müayinələrindən sonra Gervinho və Peres üçün imza mərasimi keçiriləcək.