"Əzabkeş" ermənilər özlərinin "ölüm hökmü"nü necə veriblər? SİYASİ BAXIŞ

24 May 2021 11:30 (UTC+04:00)

Gələcəyə ümidlərini itirən ermənilər davamlı olaraq özlərinə saxta tarix yazmaqla təsəlli axtarırlar. Maraqlıdır ki, tarixdə də heç vaxt heç bir müsbət halla yadda qalmayan ermənilər uğursuz kütlə olduqlarının səbəbi kimi onlara qarşı guya törədilən “soyqırımları” əsas gətirirlər. Yəni, sən demə “genosid” olmasaydı ermənilər “böyük xalq”, yaxud “ucu-bucağı görünməyən böyük dövlət” olacaqdırlar. Bir sözlə, köçəri ermənilər fərsiz və yaramaz tayfa olduqlarını saxta tarix arxasında gizlətmək istəyirlər. Lakin o da əbəs deyil ki, hətta onların “başbilənləri” "genosid" sözünü ayırmaqla özlərinə məxsus “armenosid” ifadəsini işə salmağa cəhdlər də göstərirlər. Məsələn, kilsələri kimi...

Lakin məsələdən yayınmayaraq qayıdaq mövzuya. Burada ermənilərin diqqətinə bir neçə və həqiqətən soyqırımla üzləşmiş xalqların necə tarixi sınaqlardan çıxaraq dünya liderlərinə çevrilməsini xatırlatmaq istərdik. Misal üçün, götürək Yaponiyanı. ABŞ tərəfindən atom bombadrmanı vasitəsi ilə faktiki genosidə məruz qalan Yaponiya iqtisadiyyatına görə hazırda dünyada üçüncü yerdədir. İkinci dünya müharibəsi zamanı faktiki olaraq məhv edilən Almaniya iqtisadiyyatına görə dördüncü yerdədir, əsl genosidin qurbanı olmuş yəhudilərin dövləti isə dünyada səkkizinci ən qüdrətli dövlət hesab olunur.

Bütün ermənilərin anası Kim Kardaşyandırsa…

Bəs ermənilər nəyə nal olublar. Bütün dünyada “yazıq xalq”, “əzabkeş millət” görüntüsünü, ən əsası isə əxlaqsız dövlət reputasiyasını qazanıblar. Yəni siyasi maraqlarından asılı olaraq, gah o dövlətin gah bu dövlətin altına yıxılıblar. Onlara sığınacaq və çörək verən digər xalqları satmaqla isə “xəyanətkar millət” adını qazanıblar. Və nəhayət - hələ Karl Marks demişdi: “Ermənilər ilk tayfadır ki, yaşamaqdan ötrü öz qadınlarını başqa xalqların altına uzatmağa başlamışdır”.

Elə də uzağa getməyək, bir xalqın ki, dünyada ən tanınmış nümayəndəsi pornoulduz Kim Kardaşyan olsun və onlar da bu qadına “Bütün ermənilərin anası” adını versinlər!

Ümumi nəticə odur ki, kökü, mənşəyi, bilinməyən, heç bir real məqsədi və gücü olmayan bir kütlə yer kürəsinin üzərindən bir yükə çevrilib və tarixən yalnız digər xalqlara problem yaratmaqla məşğul olublar.

Non bis in idem - Ermənilərin hər hansı bir növbəti təxribatı nəticəsində onları istənilən formada cəzalandırmaq olar

Dünya tarixinə başqa heç nə ilə düşə bilməyən ermənilər nəhayət ki, qondarma genosidi tanıtmaqla düşməyə nail oldular. İlk öncə bunu Bayden tanıdır və bugünlərdə isə Avropa İttifaqına bununla bağlı bəyanat imzaladırırlar. Yəni indi bütün dünya bilir ki, belə bir kütlə var və onlar nə vaxtsa guya türklər tərəfindən “ədalətsizliyə” məruz qalıblar.

Lakin gəlin-görək, erməniləri bu tarixi nailiyyətlə təbrik etmək olarmı? Əslində, burda son dərəcə incə hüquqi məsələ ortaya çıxır. Hüquqda - Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) prinsipi mövcuddur. Bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş tərəf həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir.

Yəni bütün dünyaya guya nə vaxtsa baş verən “erməni genosidinə” görə türkləri ittiham etdirən ermənilər faktiki olaraq özlərinə quyu qazıb, fatihələrini özləri verdirirlər. Türklər artıq etmədikləri cinayətə görə onsuz da ittiham olunublar. Deməli, bundan sonra ermənilərin hər hansı bir növbəti təxribatı nəticəsində onları istənilən formada cəzalandırmaq olar, lap yeri gəlsə ABŞ Yaponiyaya qarşı etdiyi kimi, atom bombası da atmaq olar və heç kim türklərə heç nə deyə bilməyəcək. Cəlil Məmmədquluzadə demişkən, Allah sizə rəhmət eləsin, ölülər...

Aydınoğlu