Karate üzrə kumite komandamız bürünc medal qazanıb

23 May 2021 17:21 (UTC+04:00)

Xorvatiyanın Poreç şəhərində böyüklərin 56-cı Avropa çempionatında kumite üzrə kişilərdən ibarət komandamız uğurla çıxış edərək medal qazanıb. SİA xəbər verir ki, çempionatın son günündə Avropa çempionatının bürünc medalı uğrunda İspaniya yığmasını məğlub edən komandamız üçüncü yeri tutub.
Qeyd edək ki, fərdi yarışlarda karateçilərimiz İrina Zaretska (68 kq) qızıl, Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) isə gümüş medallar qazanıblar.

Qitə çempionatında 15 karateçimiz iştirak edir. Yarışa bu gün yekun vurulacaq.