Xalq rəssamı Tahir Salahovun dəfn olunacağı vaxt məlum olub. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə bildirib.
“Tahir Teymur oğlu Salahov sabah, 24 may 2021-ci il tarixdə Bakı şəhərində Birinci Fəxri Xiyabanda dəfn olunacaq”, - nazirlik rəsmisi deyib.
Qeyd edək k, Xalq rəssamı Tahir Salahov mayın 21-də 93 yaşında dünyasını dəyişib.