Limon dilimlərinin möcüzəvi istifadəsi MÜTLƏQ OXUYUN

22 May 2021 13:45 (UTC+04:00)

Çoxsaylı faydaları olan limon illərdir bir çox çeşiddə və sahələrdə istehlak olunur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, salatlarda, yeməklərdə istifadə olunan çay və suya əlavə olunan limonun güclü antioksidan olduğu da bilinir. Gündəlik həyatda ən çox yeyilən qidalar arasında olmaq, tərkibindəki zəngin vitaminlər sayəsində bədənin sağlamlığını qoruyur. Limon dilimlərini yatağınıza qoysanız nə olur? Budur cavab!

Tərkibindəki C, B6, E və A vitaminləri, mis, turşu və kalsium sayəsində toxunulmazlığı gücləndirən və bədəni uyğun vəziyyətdə saxlayan limon gündəlik həyatda ən çox istehlak edilən qidalar sırasındadır. Limonun quruluşundakı antioksidantlar başda xərçəng olmaqla bir çox xəstəliklə mübarizə aparır.

Rahat bir şəkildə yuxuya getmək üçün yatmazdan əvvəl komodun üstünə limon qoyun.

İllərdir saysız-hesabsız faydaları olan limonu suyunuza, çayınıza və salatınıza qoydunuz. Komidin üstünə qoysaq necə olar?

Bir limon götürün, dörddə birinə ayırın və içinə duz səpin. Dilimlənmiş limonları yataq masasının üstünə qoyub yuxuya gedə bilərsiniz.

1- Gərginliyinizi alır

Stress bir çox insan üçün adi bir problemdir. Sizin yataqda fırlanmanıza səbəb olan stress və narahatlıq kimi vəziyyətlər yatmağınızı çətinləşdirir. Komidin üzərindəki limon sizi sakitləşdirir. Araşdırmaya görə, sitrus qoxusu insanın beyin dalğalarını və duyğularını rahatlaşdırır.

2- Diqqətinizi artırır

Yuxudan əvvəl niyə diqqətinizi cəmləyə bilmədiyinizi soruşa bilərsiniz. Ancaq beyniniz davamlı məşğul və yuxusuzluq problemi olan bir insansınızsa, psixoloqlar müsbət şeylərə diqqət yetirməli olduğunuzu söyləyirlər. Diqqəti cəlb etmək üçün limon qoxusu mükəmməl seçimdir.

3- Daha yaxşı nəfəs alırsınız

Yatmağa çalışarkən burnunuz tıxanırsa, antioksidan və antibakterial limonun burun deşiklərindən içəri girməsinə icazə verin.

4- Həşəratların qarşısını alır

Ağcaqanad qulağınızın ətrafında qaçmaqdan və ya bütün gecə milçəklərdən bezmisinizsə, bu xəbər sizin üçündür. Limon, ağcaqanadların sevmədiyi bir şeydir. Həmçinin, limon hər növ böcəyi öldürür.

5- Enerjinizi artırır və günə pozitiv başlayırsınız

Səhər tezdən oyanmaq bir çox insanın çətin bir şeydir. Lakin komidin üstündəki bu dilimlər oyanmağınızı daha asan edəcək. Limon qoxusu beyninizin serotonin səviyyəsini artırır.

6- Havanı təravətli edir

Limon ətrafı təravətləndirməklə yanaşı havanı da təmizləyir. Çox güclüdür. Otaqdan boya qoxusunu tez bir zamanda çıxarmaq üçün limondan istifadə edə bilərsiniz.

7- Qaz təzyiqini zəiflədir

Limon qan təzyiqini aşağı salır. Bir çox insanın yüksək qan təzyiqi olduğunu nəzərə alsaq, limonun insanlar üçün faydalı meyvə olduğunu anlamaq çətin deyil.

LİMONUN DİGƏR FAYDALARI:

Ayşən Vəli