"Jara" nın Şuşada keçirilməsi ehtimalı var?

22 May 2021 13:36 (UTC+04:00)

Xalq artisti Emin Ağalarov açıqlaması ilə diqqət çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Emin Ağalarov "Jara" Beynəlxalq Musiqi festivalının Şuşa şəhərində keçirilməsi ehtimalından danışıb:"Mən və bütün sənət yoldaşlarım Qarabağda çıxış etməyə hazırıq. Müvafiq infrastruktur varsa, hər şey mümkündür.

"Jara" Beynəlxalq Musiqi festivalını təşkil etmək 200 sənətçini Şuşaya gətirmək deməkdir. Bu insanlar beş gün ərzində bir yerə yerləşdirilməlidir. Ümid edirəm ki, yaxın zamanlarda bu reallaşa bilər".

Gülər Səfərova