Bakı-Quba yolunda TIR aşıb FOTO

22 May 2021 11:43 (UTC+04:00)

Bakı-Quba avtomobil yolunda yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt istiqamətində hərəkətdə olan yük maşını (TIR) "KamAZ" markalı nəqliyyat vasitəsilə toqquşub və idarəetməni itirərək aşıb.

Nəticədə magistral yol bağlanıb, böyük tıxac yaranıb.

Hazırda yük maşınının ərazidən götürülməsi və yolun açılması işləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.