Pişik dırnaqları necə və nə vaxt kəsilməlidir? - BİLMƏNİZDƏ FAYDA VAR

22 May 2021 11:31 (UTC+04:00)

Pişik sahiblərinin ən maraqlı suallarından biri "pişik dırnaqları necə kəsilir?" olub. SİA-nın Türkiyə mətbutına istinadən verdiyi məlumata görə, bir çox pişik sahibləri dırnaq kəsmək üçün baytarlığa getməyi seçirlər. Dırnaqlar pişik baxımında ən vacib məqam olduğundan kəsmə diqqətlə aparılmalıdır. Bəs pişik dırnaqları necə kəsilir? Pişik dırnaqları nə vaxt və nə üçün kəsilir? Budur bilməli olduğunuz şeylər...

Pişiklərin dırnaqlarının çox uzanması həm onlara, həm də bizim problemimizə səbəb ola bilər. Çox uzun dırnaqları olan pişiklər cızmaq istədikdə özlərinə zərər verir. Bu səbəbdən də dırnaqları mütəmadi olaraq kəsilməlidir. Bununla birlikdə, kəsərkən pişiklər üçün xüsusi olaraq istehsal olunan dırnaq qayçılarının istifadəsi vacibdir.

Bala pişiklər daha diqqətli olmalıdır

Pişiklər dörd həftəlik olduqdan sonra uyğun şərtlərdə dırnaqları kəsilə bilər. Lazım gələrsə, balaların dırnaqları da kəsilsin. Pişik balalarının dırnaqları daha kiçik və qısadır. Balaların dırnaqlarını kəsərkən dərinə getmədən bir yerə qədər kəsilməlidir. Dırnaq kəsməyə nə qədər gənc öyrəşdirsəniz, bir o qədər yaxşıdır.

Dırnaqları kəsəndə nələrə diqqət yetirilməlidir

Pişik dırnaqları kəsilərkən əvvəlcə pişiyin dırnaq quruluşu öyrənilməlidir. Dırnaq qayçıları heç vaxt pişiyin dırnaq dibinin çəhrayı toxuma hissəsinə toxunmamalıdır. Əks təqdirdə ciddi zədələr meydana gələcək. Dırnağın ucundan nöqtə qədər götürün. Pişiklərin dırnaqlarını kəsərkən, uyğun dırnaq qayçılarını istifadə edərək çox dərinləşməsinin qarşısı alınır.

Necə kəsilir?

Pişiklərin dırnaqları kiçik yaşlarından kəsilməlidir. 4 həftəlik olduqdan sonra, ehtiyac olduqda dırnaqlarını kəsək. Pişiyin dırnağını kəsmək üçün düzgün vaxt təyin edilməlidir. Çünki pişiklərin çoxu dırnaqlarını kəsdirməyi xoşlamır. Bu prosesə əsasən onlar yuxulu olduqda üstünlük verilməlidir. Pişiklər yuxulu anlarında daha az hərəkət edirlər. Bundan əlavə, dırnaqlar pişik səhər çox erkən yemək yedikdən sonra kəsilə bilər. Yemək yedikdən sonra pişik rahatlayır və daha az hərəkət edir.

Pişik dırnağı niyə kəsilməlidir?

Pişik dırnaqları ətrafa zərər verməmələri və öz bədənlərini cızmamaları üçün mütəmadi olaraq kəsilməlidir. Onların dırnaqları fərqli aralıqlarla böyüyə bilər. Hər pişiyin dırnaqları müxtəlif vaxtlarda böyüyür. Buna görə də, pişik sahibi dırnaq kəsilməsini lazımi vaxtda etməlidir.

Ayşən Vəli