Yunanıstan alov içindədir

22 May 2021 10:41 (UTC+04:00)

Afinanın qərbindəki güclü meşə yanğını artıq üçüncü gündür ki, davam edir və söndürülməsi mümkün olmur.

SİA xəbər verir ki, bu barədə Yunanıstanın yanğınsöndürmə xidməti məlumat yayıb və çoxsaylı yanğın hadisələr barədə bildirib.
Qeyd olunur ki, yanğın mayın 19-da axşam saatlarında Korintiyanın Loutraki şəhəri yaxınlığındakı Şinos qəsəbəsi ətrafında başlayıb. Səbəb quru və küləkli havalarda zeytun bağındakı budaqların yandırılması olub. Gün ərzində təxminən 2 min hektar meşə yanıb.
Milli Afina Rəsədxanasının məlumatına görə, 21 may axşamı artıq 5.5 min hektar meşə sahəsi yandığı müəyyən edilib. Alovun tüstüsü artıq Afinaya çatır. Yüzlərlə yerli sakin təxliyə edilib.
İndi yanğının söndürülməsinə 300-ə yaxın yanğınsöndürən və aviasiya cəlb olunub.
"Çərşənbə günü axşam saatlarında başlayan yanğın, çoxlu dağınıq aktiv yanma ilə davam edir. Cəmi 278 xilasetmə, 89 maşın, 10 qrup, xüsusi mexanikləşdirilmiş yanğın əməliyyatları bölməsi, mobil əməliyyat mərkəzi "Olympus", səkkiz təyyarə, iki helikopter yanğının söndürülməsini koordinasiya edir", deyə məlumatda bildirilir.