Avstriyada həkimlər səhvən 82 yaşlı xəstənin sağ ayağını amputasiya ediblər

22 May 2021 08:50 (UTC+04:00)

Avstriyanın “Frayştad” xəstəxanasının həkimləri 82 yaşlı xəstənin səhvən sağ ayağını dizdən yuxarıdan amputasiya ediblər.

SİA "CNN"ə istinadən xəbər verir ki, xəstəxana rəhbərliyi çoxsaylı xəstəliklərdən əziyyət çəkən pasiyentin ailə üzvlərinə psixoloji dəstək verildiyini vurğulayıb.

Bildirilib ki, hərtərəfli araşdırma aparılacaq, sənədlər artıq prokurorluğa göndərilib.