Ermənistan 44 günlük müharibədə məğlub olsa da özünü bu "status"da ya görmək istəmir, ya da belə görünməməyə çalışır. Amma fakt budur ki, Ermənistan və onun tasmasını tutanlar Azərbaycana məğlub oldular, uduzdülar, tar-mar, yerlə-yeksan olmaq kimi uğursuz bir tale yaşamalı oldular. Həm də, Vətən müharibəsi onlarda şok effekti yaratdı. Azərbaycanın bu qədər "uzağa gedəcəyini" ağıllarının ucundan belə keçirmirdilər. Niyə?
Çünki, Ermənistanın uzun illər işğalçılıq siyasətini malalamaq üçün Avropanın qaranlıq dəhlizlərində tökdüyü timsahsayağı göz yaşları bu ölkənin kəndirini tutanların yalançı inamlarını bir az da artıra bilmişdi. Əlbəttə, Qərbin bəzi dairələri Ermənistanın öz rolunu bu qədər peşəkarlıqla oynaya bilməsindən şoka düşmüşdülər. Haqsız ikən haqlı kimi görünmək asan məsələ deyil, ermənilər bu oyunun əsl aktyorları olduqlarını sübuta yetirə bildilər. 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamaq Ermənistan kimi cılız, kasıb, üstəlik ağılsız, yarımfabrikat bir ölkənin fərasəti deyildi. Biz "tasma", yəni xalta sözünü təsadüfən işlətmədik. Bəli, itin bir tasması, yaxud xaltası olar, amma Ermənistan və ermənilərin xaltasını saymaqla bitməz...
Bəli, Ermənistanın Azərbaycan torpaqlarında, daha doğrusu 20 faizlik ərazisindəki 30 illik "hegemonluğu"na, siyasi-hərbi varlığına son qoyuldu. Azərbaycan Prezidentinin çox siyasi ustalıqla dediyi kimi, erməni silahlı birləşmələrini "iti qovan kimi" ərazilərimizdən vurub çıxardıq. Humanistlik göstərdik, kapitulyasiya aktından sonra müharibənin aktiv fazasına "stop" dedik, amma "dəmir yumruğ"umuzu daim hazır saxlamaq şərtilə. Kimsə deyə bilməz ki, Azərbaycan buna məcbur edildi, yox. Bu, bizim istəyimizlə baş verdi. Prezident İlham Əliyev müharibənin gedişində bir neçə dəfə Ermənistan hakimiyyətinə mesajlar verdi, dünyanın tanınmış televiziya və agentliklərinə verdiyi müsahibələrdə açıq tekstlərlə qarşı tərəfə "Azərbaycan ərazilərini tərk edin, müharibə bitsin" ismarıcı göndərdi. Amma, işğalçılıq əməllərindən başı gicəllənən "hay"lar bu humanist təklifi eşitmək belə istəmədilər. Yalnız nəfəslik kəsiləndə komadan ayıldılar.
Təbii ki, Azərbaycan bu müharibədə haqlı idi, başqa ölkələrin də tez-tez "müraciət etdiyi" antiterror əməliyyatı keçirirdi. Heç bir beynəlxalq qanun bu əməliyyatları aparmağa bizə əngəl ola bilmədi və bilməzdi. Müharibənin gedişində bəzi ölkələr buna cəhd etsələr də, nəticəsinin ağır olacağını əvvəlcədən bilib planlarını daha dərin yerə gömdülər.

Gələk Azərbaycan-Ermənistan sərhədində son günlər baş verən hadisələrə. Əgər bütün beynəlxalq qurumların, xüsusən də BMT-nin tanıdığı sərhədlər varsa, çəkişməyə, təxribat yaratmağa ehtiyac yoxdur. Onda Ermənistan niyə özünü cığal uşaq kimi aparır? Gah qarnı düşüncəsindən qabaqda olan polkovnikini sərhədçilərimizlə qovğa etməyə, gah da mülki əhalini silahlandırıb peşəkar ordunun üstünə göndərir? Əlbəttə, buna təxribatdan başqa bir ad vermək olmaz. Sərhəd hadisələrində dişi daşa dəyən Ermənistan yenə dinc durmur, nihilist düşüncəsini işə salıb dünya ölkələrinə, xüsusən də xaltasını tutanlara müraciət edir, onlardan yardım istəyir.
Düz 30 il haqq aradıq, beynəlxalq qurumlarda, təşkilatlarda, xarici dövlətlərdə Qarabağ həqiqətlərindən danışdıq, bu ərazilərin Azərbaycanın əzəli torpaqları olduğunu tarixi faktlarla avropalıya, amerikalıya, rusa, ingilisə, yapona, çinliyə, ərəbə, yunana sübut etdik, amma kimsə bizi dinləmədi. Haqlı ikən, haqsız duruma düşdük. Və belə bir durumda "şükr etdik" ki, nə yaxşı Ermənistan torpaqlarının bir tikəsini ələ keçirməmişik, yoxsa Azərbaycana qarşı Allah bilir hansı pis əmələ qol qoyardılar. Ermənistan isə 30 il idi ki, Azərbaycanın on kilometrlərlə içərilərinə soxulmuşdu, dünyanın, beynəlxalq təşkilatların tanıdığı ərazilərimizi işğal etmişdi, kimsənin səsi çıxmırdı. Bəs nə olub, sərhəd xətti indimi yada düşüb?
Bəli, dediklərimizin bu gün sübutu var. Azərbaycan qanuni sərhədlərini bərpa edir, bəs bəzi dövlətlərin, büynəlxalq təşkilatların reaksiyası nədir? Həmsədr ölkələr - illərlə bu problemi guya həll etməyə çalışan, münaqişənin anatomiyasını incəliklərinə qədər bilən Fransanın və ABŞ-ın rəsmi dairələri imiclərinə xas, amma ölçülərinə yaraşmayan münasibət sərgilədilər. Məsələdən xəbərdar ola-ola, nəinki sərhədin haradan keçdiyini, hətta Haykanuşla Arakelin gecələr hansı yanı üstə yatdıqlarını bilə-bilə bu ölkələrin bizi sərhədi pozmaqda ittiham etməsi heç bir məntiqə sığmır. Bu, yalnız din qardaşlığına yozula bilər. Başqa faktor varsa, desinlər.
Əgər yadınızdadırsa, Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunanda ermənilər həmin rayonları əvvəlcə bufer, yəni təhlükəsizlik zonası adlandırmışdılar. Daha sonra isə bu rayonların işğal sirrini açıqladılar. Ki, Dağlıq Qarabağın müstəqilliyinə qarşı 7 rayon. Yəni 7 rayonu o vaxt qaytararıq ki, Azərbaycan rəsmi olaraq Dağlıq Qarabağı müstəqil dövlət kimi tanısın. Baxmayaraq ki, BMT-nin Təşlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması barədə 4 qətnaməsi var idi, amma dünyanın supergüclərinin həmsədrlik etdiyi Minsk qrupu hər dəfə işğalçı ilə işğal olunanı, haqlı ilə haqsızı tərəzinin bir gözünə qoyub vaxtı uzadırdı. İndi də Ermənistan işğal dövründə Azərbaycan sərhədlərini özünün bildiyi şəkildə cızıb, dünyanın hər yerindən erməniləri gətirib Azərbaycanın beynəlxalq qurumlar, ölkələr tərəfindən tanınmış ərazilərində məskunlaşdırıb. Bilirsiniz niyə? Çünki ermənilər Qarabağda etmək istədikləri, lakin bacarmadıqları planı qismən sərhəddə əməli işə keçirmək istəyirlər. Gəliblər, qanunsuz olaraq ələ keçiriblər, məskunlaşma aparıblar, indi də şərtlər irəli sürürlər. Yəni ərazinin əvəzində...
Ermənistan mətbuatı sərhəddə baş verən hadisələr barədə yazarkən maraqlı nüanslara toxunub. Əslində buna ifşa da demək olar. Tarixə uğursuz ekskurs edən erməni mətbuatı 1918-1920-ci illərdə Cənubi Qafqazda cərəyan edən hadisələrə ermənisayağı bər-bəzək verərək, guya Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmadığını sübut etməyə çalışıb: "Həm Sovet Ermənistanı, həm də Sovet Azərbaycanı dövlət kimi heç vaxt beynəlxalq hüququn subyekti olmayıblar. Buna görə də, indi Ermənistan-Azərbaycan sərhədini delimitasiya və demarkasiya edərkən Sovet dövrünün inzibati bölgüsünü tanımaq absurddur. Belə çıxır ki, 20-ci əsrin əvvəlində və sonundakı mübarizənin mənasız olduğu ortaya çıxdı. Əslində bu, bizim tərəfdən Qarabağın Azərbaycan ərazisi kimi tanınması deməkdir".
Məqalədə əlavə olaraq bir etiraf da var:
"2008-ci ildən bəri Azərbaycanın hüquqi mövqeyi çox aydındır. Bu ölkə mövqeyini BMT-yə göndərdiyi memorandum formatında bildirib. Bunlar 50-100 səhifəlik təfərrüatlı hüquqi sənədlərdir. Onlar bu faktları BMT-yə düşünülmüş şəkildə çatdırıblar. Ermənistan isə bu səviyyədə praktik olaraq heç nə etməyib. Əslində bu, müharibənin başlanğıcına qədər müxtəlif ölkələrdə qərar qəbul edənlərin, diplomatların başlarında - Azərbaycan tezisinin ətraflı şəkildə göstərilməsinə gətirib çıxardı. 30 ildir ki, Azərbaycan “ev tapşırığını” yerinə yetirirdi, ancaq erməni tərəfi bu etmirdi. Əsas günahkar Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumətdir, ancaq mütləq təkcə o deyil. Bütün əvvəlki səlahiyyətlilər də heç bir şey etmədilər".
Amma fakt ortadadır, Qarabağ Azərbaycanındır və Azərbaycandır!!!
V.VƏLİYEV