YAP nümayəndələri qaziləri ziyarət edib - FOTOLAR

21 May 2021 12:56 (UTC+04:00)

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi qaziləri, Bülbülə qəsəbəsi sakinləri kapitan Nurməmmədov Nazim Xanlar oğlu və əsgər Abdullayev Tural Əlimədət oğlunun ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və onların qayğıları ilə maraqlanıblar. SİA xəbər verir ki, qazilərlə səmimi keçən görüşlər zamanı Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirmişdir. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.

Sonda Vətən Müharibəsi qaziləri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlıqlarını bildirib, onlara göstərilən qayğını hiss etmək onların yaralarının sağalmasına mənəvi dəstək olduğunu deyiblər.