Tahir Salahov Birinci Fəxri xiyabanda dəfn ediləcək

21 May 2021 12:07 (UTC+04:00)

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.