Yeni nəsil iPhone daha nazik və yığcam olacaq

26 May 2011 16:15 (UTC+04:00)

\"France Telecom\" telekommunikasiya şirkətlərinin icraçı direktoru Stefan Riçard yeni nəsil iPhone smartfonları barədə bəzi məlumatları açıqlayıb. SİA-nın məlumatına görə, \"All Things Digital\" nəşrinə müsahibəsində S. Riçard qeyd edib ki, yeni iPhone hazırkı modeldən daha nazik və yığcam olacaq.

O həmçinin \"Apple\" şirkəti tərəfindən mövcud microSIM kartlarından öz miniatürlüyü ilə seçiləcək yeni SIM-kart standartının inkişaf etdirilməsi barədə də məlumatları təsdiqləyib.