Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunub - RƏSMİ

21 May 2021 11:49 (UTC+04:00)

Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunub.

SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəddə öz əksini tapıb.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilir.

Təklif edilir ki, Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunsun.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.