“Brugge” 17-ci dəfə Belçika çempionu olub

21 May 2021 07:01 (UTC+04:00)

"Brugge" futbol komandası Belçika çempionatının pley-off matçının beşinci turunda səfərdə "Anderlext" ilə heç-heçə oynayıb.

SİA xəbər verir ki, görüş 3:3 hesabı ilə başa çatıb.

Çempionatın bitməsinə bir tur qalmış "Brügge" ikinci yerdə gedən "Genk"i üç xal qabaqlayır. Mümkün bərabərliyin olması halında "Brügge" cari mövsümdə ən yaxşı nəticəsinə görə "Genk"dən daha yüksəkdə qərarlaşacaq.

Bununla da “Brugge” 17-ci dəfə ölkə çempionu olub. Çempionluq titulu komanda tərəfindən ardıcıl ikinci mövsim qazanılır. Çempionluq sayında "Brügge"ni çempionatında yalnız "Anderlext" qabaqlayır - 34 dəfə.