“Avroviziya -2021” mahnı müsabiqəsinin növbəti finalçıları seçilib

21 May 2021 01:13 (UTC+04:00)

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.

SİA-nın məlumatına görə, 10 ölkə

İkinci yarımfinalda ümumilikdə 17 ölkə arasından Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın təmsilçiləri ifaları ilə seçilərək finala adlayıblar.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Qeyd edək ki, ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsinin finalında “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edəcək. Mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Birinci yarımfinal mayın 18-də təşkil olunub və Samira Efendinin ifası finala vəsiqə qazanıb.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.