“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

20 May 2021 16:00 (UTC+04:00)

“Mançester Siti”nin müdafiəçisi Ruben Dias İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib. Portuqaliyalı futbolçu İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə bu mükafata layiq görülüb. Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, Dias səsvermədə “Tottenhem”in hücumçusu Harri Keyni və komanda yoldaşı Kevin de Bruyneni qabaqlayıb.

2020-ci ilin sentyabrından “Mançester Siti”də çıxış edən Dias bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb.