Azərbaycanın Baş naziri Əli Əsədov 19 May Çərşənbə günü Rusiyaya rəsmi səfərə gedib.
Vnukovo-2 hava limanında Əsədovu Rusiya rəsmiləri qarşılayıb. Azərbaycan hökumətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Kreml divarları yaxınlığında “Naməlum əsgər” abidəsini ziyarət edib, önünə əklil qoyub.
Rusiyanın Baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə Rusiya tərəfinin koronavirusa qarşı peyvəndlərin istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq qurmağa hazır olduğunu söyləyib.
Rusiya Nazirlər Kabinetinin sədri qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyası ilə birgə mübarizə aparırlar. Rusiya Federasiyası dərhal xüsusi test sistemlərini Azərbaycana köçürüb, Rusiya tibb mütəxəssislərindən ibarət qruplar da göndərilib və may ayında Sputnik V peyvəndinin ilk partiyası Azərbaycana gətirilib- Mişustin deyib.
"Biz sizinlə birlikdə Rusiya peyvəndinin istehsalını qurmağa hazırıq"- baş nazir əlavə edib.
“Ticarət və iqtisadi əməkdaşlığımız aktiv şəkildə inkişaf edir. 2020-ci ildə, çətin şərtlərdə, bir koronavirus olduğu zaman, qarşılıqlı ticarətdə əhəmiyyətli dərəcədə azalmaya imkan vermədik”- deyən Rusiya hökumətinin başçısı vurğulayıb ki, "Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul edilmiş bəyanatları bölgənin daha əhatəli inkişafı üçün imkanlar açıb".
"Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, yeni infrastruktur yollarının yaradılması ümumilikdə Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir"- Mişustin qeyd edib.
Görüş zamanı Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya hökumətinin başçısı Mixail Mişustini Azərbaycana rəsmi səfərə dəvət etdi.
"Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Əminəm ki, sizin üçün əlverişli olan vaxtda hər hansı bir səfəriniz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verəcəkdir"- ölkəmizin baş naziri deyib.
Danışıqlar zamanı Əsədov Azərbaycanın Qarabağla bağlı üçtərəfli bəyanata sadiq qaldığını dilə gətirdi.
Azərbaycan hökumətinin başçısı 2-ci Qarabağ müharibəsi zamanı Rusiya Federasiyasının oynadığı rolu yüksək qiymətləndirib.
"9 noyabr tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında yayımlanan bəyanatda qeyd olunan öhdəliklərin yerinə yetirilməsini yüksək qiymətləndiririk və buna tam sadiqik"- Əsədov vurğulayıb.
Elçin