Maska ilə bağlı ŞAD XƏBƏR

20 May 2021 10:41 (UTC+04:00)

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.

SİA-nın məlumatına görə, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır: “Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.