Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı əsassız şərti RUSİYA MƏTBUATINDA

19 May 2021 16:53 (UTC+04:00)

Ermənistan tərəfi iddia edir ki, Azərbaycanla sərhəddin demarkasiya və delimitasiya məsələlərinin müzakirəsi yalnız Azərbaycan hərbçilərinin Ermənistan ərazisindən çıxmasından sonra mümkündür. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

RİA Novostinin yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiya nümayəndələrinin bu məsələnin həllinə həsr olunmuş Ermənistan-Azərbaycan komissiyasında məsləhətçi olacağını Şuranın katibi qeyd edib.

"Mayın 18-də Rusiya tərəfi Ermənistan və Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı işlərə başlamaq barədə təklif alıb. Buna cavab olaraq, erməni tərəfi də guya onların ərazisində olan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin geri çəkilməsinin vacibliyini vurğulayıb", deyə RİA Novosti Qriqoryanın sözlərini sitat gətirib.

RİA Novosti yazır ki, Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl bildirmişdi ki, Azərbaycan hərbçiləri Sünik bölgəsi ərazisində "sərhədi dəqiqləşdirmək" üçün iş aparırlar. Bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən razılaşmanın bəndlərindən birinin guya pozulduğunu göstərən KTMT-yə rəsmi müraciət edilib.
Rusiyaya məxsus mətbuat orqanı qeyd edir ki, İrəvan və Bakı əvvəllər Qarabağda atəşkəs haqqında üçtərəfli razılaşmaya uyğun olaraq müvəqqəti döyüş mövqelərinin yerləşdirilmə nöqtələri barədə razılığa gəliblər. Bildirilir ki, dəqiqləşdirmə bəzi ərazilərin Azərbaycanın nəzarətinə verildikdən sonra Azərbaycanla sərhəddin bir hissəsinin müəyyənləşdirilməsinin zəruriliyi ilə əlaqələndirilir.