Hamımız bilirik ki, bitki çayları əhvalımızı yaxşılaşdırır, əsəbimizi və stresimizi aradan qaldırır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bitki çayları dərman olmaqdan əlavə çəki atmağımıza da böyük təsir göstərir.
Bəs hansı bitki çayları arıqladır?
Qrip üçün yaxşı olan və maddələr mübadiləsini sürətləndirən bitki çayları mütəxəssislərin razılığı ilə istehlak edilməlidir. Bitki çayları da arıqlamağımızı asanlaşdırır. Əlbəttə ki, bütün bitki çayları arıqlamağa təsir etmir.
1- İtburnu çayı
Bizi ləzzəti ilə heyran edən itburnu çayı, çəki problemi ilə mübarizə aparanların köməyinə gəlir. Elmi olaraq isbat olunmuş bu çay piyləri ortadan qaldırır. C vitamini baxımından olduqca zəngin çaydır.
2- Yaşıl çay
Yaşıl çayın çəki itkisinə təsiri indi hər kəs tərəfindən bilinir. Tam antioksidan mənbəyi olan yaşıl çay, səhər 1 stəkan içdiyiniz zaman yağ yandırmanıza və bütün gün enerjili olmağınıza kömək edə bilər. Yaşıl çay içdikdən sonra tez-tez tualetə getmək ehtiyacı hiss edə bilərsiniz. Bu, metabolizmanın yaxşı işlədiyini göstərir. Bu şəkildə detoks effekti yaradaraq arıqlamağınıza imkan yaradır.
3- Rozmarin çayı
Həzmsizlikdən əziyyət çəkənlərə kömək edən rozmarin çayı toksinlərin bədəndən çıxarılmasına və qəbizliyin aradan qaldırılmasına kömək edir. Bundan əlavə, qarınınıza rozmarin yağı çəkdiyiniz zaman tərləmə ilə həmin bölgədəki yağı bədəndən çıxarır.
4- Gicitkən çayı
Gicitkən çayı ödemdən qurtulmağa kömək edir. Bu şəkildə arıqlamağı asanlaşdırır. Şişkinlik yoxdursa, arıq görünəcəksiniz.
Ayşən Vəli