Yeni komandanın təyin olunması heç nəyi dəyişməyəcək

19 May 2021 14:45 (UTC+04:00)

"Rüstəm Muradovun əvəz edilməsi və dəyişdirilməsi ilə bağlı versiya irəli sürülüb". Bunu SİA-ya açıqlamasında Politoloq Samir Hümbətov deyib.

Politoloq qeyd edib ki, bu versiya hələ təsdiqini tapmayıb: "Ona görə ki, Rusiya münaqişədə vasitəci ölkələrdən biri olaraq sülhməramlıların komandanı Rüstəm Muradovu 6 ay müddətində öz vəzifəsində saxlayıb. Hələ ki, bu mövzuda danışmaq tezdir, Rüsiya sülhməramlıların komandanı olaraq fəaliyyətini davam etdirəcək. 6 aydan sonra dəyişiklik ola bilər. Adətən bu vəzifəyə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin nümayəndələri rəhbər təyin olunur. Fikrimcə, yeni generalın təyin olunması regionda heç bir dəyişikliyə səbəb olmayacaq. Məsələ generaldan aslı deyil, Rusiya Müdafiə Nazirliyindən və Rusiya hərbi komandanlıqdan aslıdır. Sadəcə, general içra edəndir".