YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər

19 May 2021 14:29 (UTC+04:00)

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən müharibəsi qaziləri - Əmircan qəsəbəsi sakini Fətullayev Məhəmməd Rövşən oğlunun və Zığ qəsəbəsi sakini Əlirzayev Fərid Nayib oğlunun ailələrini ziyarət edib, onlara sovqat aparıb və qayğıları ilə maraqlanıblar.

Qazilərlə səmimi keçən görüşlər zamanı V.Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edərək, qəhrəman şəhidlərimizi xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb. Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirib. Bu müqəddəs işdə Cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.

Sonda Vətən müharibəsi qaziləri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına minnətdarlıqlarını bildirib, onlara göstərilən qayğını hiss etməklə yaralarının sağalmasına mənəvi dəstək olduqlarını vurğulayıblar.

Zümrüd BAYRAMOVA