Dünyada son sutka ərzində 11 mindən çox insan koronavirusdan həyatını itirib

19 May 2021 06:17 (UTC+04:00)

Dünyada son sutka ərzində 515 104 nəfər koronavirusa yoluxub, 11 014 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 163 312 429 yoluxma hadisəsi, 3 386 825 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 55%-dən çoxu Cənub-Şərqi Asiyanın (284 259) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (119 804) ilə Avropa (54 641) bölüşür.