Türkiyənin avrokuboklardakı təmsilçilərinin tam siyahısı dəqiqləşib

19 May 2021 01:22 (UTC+04:00)

Türkiyənin avrokuboklardakı təmsilçilərinin tam siyahısı dəqiqləşib.

SİA-nın məlumatına görə, Türkiyə kubokunun finalından sonra ölkəni qitədə təmsil edəcək 5 klubun qatılacağı turnirlər bəlli olub.

Ölkə çempionu “Beşiktaş”ın finalda “Antalyaspor”u yenərək kuboku qazanması “Fənərbaxça”nın Avropa Liqasına yolunu açıb. Super Liqanın üçüncüsü olan “sarı-lacivərtlilər” ikinci dərəcəli turnirin pley-offunda oynayacaq.

“Beşiktaş” həm də çempionatın 5-ci “Sivasspor”un Konfrans Liqasına düşməsinə səbəb olub. Sivaslılar “Trabzonspor” kimi yeni turnirdə oynayacaq.

Çempionlar Liqasında isə “Beşiktaş”la “Qalatasaray” çıxış edəcək. Sonuncular II təsnifat mərhələsindən mübarizəyə başlayacaqsa, “Beşiktaş”ın taleyi turnirin builki qalibindən asılıdır. Əgər Çempionlar Liqasının qalibi öz ölkəsindən bu turnirə vəsiqə qazanmış olsa, istanbullular qrupda, əks-halda pley-offda oynayacaq.

Çempionlar Liqası
“Beşiktaş” (pley-off/qrup)
“Qalatasaray” (II təsnifat mərhələsi)

Avropa Liqası
“Fənərbaxça” (pley-off)

Konfrans Liqası
“Trabzonspor” (III təsnifat mərhələsi)
“Sivasspor” (II təsnifat mərhələsi)