Almaniyada piyada körpüsü çöküb, bir nəfər həyatını itirib

18 May 2021 23:57 (UTC+04:00)

Almaniyanın Aşağı Saksoniya federal torpağında piyada körpüsü çöküb.

SİA-nın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, körpünün çökməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə helikopter cəlb edilib.

Bildirilir ki, insident baş verən zaman körpünün tikintisi başa çatmamışdı.