YAP-ın nümayəndələri şəhid ailələrini ziyarət edib FOTO

18 May 2021 22:08 (UTC+04:00)

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Bülbülə qəsəbəsi sakini olan, cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarıilə təltif olunmuş Vətən Müharibəsi şəhidi əsgər Hüseynzadə Fərid Eldəniz oğlunun dünyaya göz açdığı18 may tarixində öncə şəhidin əbədi istirahətgahını, daha sonra isə ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulayıb ki, Vətən Müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardan biri də Fəriddir. O bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Fəridin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən Müharibəsi şəhidlərinin simvoluna çevirilmiş "Xarı bülbül" təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı və "Anım löhvhəsi"ni şəhidin ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin atası Eldəniz Hüseynov ailə üzvləri adından YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlığını bildirib.