YAP Daşkəsən rayon təşkilatı Vətən müharibəsi iştirakçısı ilə görüş keçirib

18 May 2021 17:54 (UTC+04:00)

Bu gün YAP Daşkəsən rayon təşkilatının işçiləri Daşkəsən şəhər sakini, Cəbrayılın, Qubadlının və Laçının azad olunması medalları ilə təltif olunmuş Bayramov Vahid Məmmədəli oğlu ilə görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, görüşdə V.Bayramov keçdiyi şərəfli döyüş yolundan, düşmənə ağır zərbələr vurulmasından ətraflı şəkildə söhbət açıb.

Aparılan şərəfli döyüşlərdən birində ağır yaralandığını və hazırda müalicə olunduğunu qeyd edib.

Bildirdiyinə görə hal-hazırda onun səhhəti normaldır, aldığı yaralar tədricən saralmağa doğru gedir.

V.Bayramov qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin onu 3 medalla təltif etməsinin sevincini əbədi olaraq unutmayacaqdır.

Yekunda YAP Daşkəsən rayon təşkilatının hazırladığı ərzaq bağlaması ailəyə təqdim olunub.