Özgə yalı ilə yallananlar... - ŞƏRH

18 May 2021 14:15 (UTC+04:00)

Yaxud Vidadi İskəndərli kimi bir satqının, "dil pəhləvanı"nın xalqın orduya, dövlətə dəstək yürüş-mitinqindən yararlanmaq istəməsi təəccüb də doğurmur

Bu gün müxalifət deyəndə, satılan-satan erməni çaqqallarından fərqlənməyən dağıdıcı düşərgənin çaqqaları yada düşür. Bunu biz demirik, elə elmdə də belə adlanırlar, satqınlar. Baxın, görün Ömər Xəyyama görə satqınlıq ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığın göstəricisidir''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur.

Belə bir deyim də var: xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Və artıq 7 aya yaxındır ki, 30 il Vətən, torpaq, yurd həsrətilə yaşayan xalqımızın bu niskilinə qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik siyasəti ilə torpağı qanları ilə yoğuraraq Vətən edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimiz haqqımızı, bütövlüyümüzü, Qarabağ Azərbaycanımızı öz sahibinə, özümüzə qaytardı. Və bu gün mayın 12-də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada, Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər birimizdə qürur hiss yaratdığı halda, Avropanın zibilliklərində eşələnərək erməni yalı ilə yallananlar: Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid, Qurban Məmmədov, Tural Abbaslı və bu kimi satqınlar sosial şəbəkələrdən çağırışlar edərək bildirirlər ki, "bu gün sizin qarşınızda xalqınızın əsgəridir, qulaq asın mənim sözümə. Çıxış yolu mitinqdir".

Nə qədər iyrənc, nə qədər əxlaqsızlıq. 44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə qarşı qaralama kampaniyası aparmağa cəhd göstərən radikal müxalifət yenidən öz simasını ortaya qoymaqdadır. Bu isə həm də onların xaricdən yeni təlimatlar almasının göstəricisidir. Amma belələri bir dönüb öz keçmişlərinə də baxsalar yaxşı olardı. Və bu gün xarici havadarlarından aldığı sifariş əsasında uğurlarımıza qarşı “qara piar” aparan radikal müxalifət torpaqlarımızın işğaldan azad olunmasına görə cənab Ali Baş Komandana minnətdarlıq etməlidir. Axı bu torpaqlar məhz onların vəzifə hərisliyi ucbatından, o cümlədən səriştəsiz hakimiyyətləri zamanı Ermənistan tərəfindən işğal edilib. Və bu gün Vidadi İskəndərli kimi mənəviyyatsızın hər an burnunun suyunu çəkə-çəkə «Vətən müharibəsindən dərs» deməsi, "Azərbaycan Bayrağını hər yerdə asacağıq" deyən qeyrətsizlik nümayiş etdirməsi və özünü "xalqın əsgəri" adlandırması, "ayılın, ayağa qalxın, qanınız axıdılana qədər qeyrətiniz olsun irəli gedin, meydanlara çıxın, qoy görsünlər ki, bizim kimi xalqın oğulları var" kimi haqqı olmayan çağırışlar etməsi rəzil, mənəviyyatsızlıq deyilmi? Belə bir deyim var: "xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır". Lakin nə Vidadi İskəndərli, nə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Sevinc Osmanqızı, Qənimət Zahid, Leyla və Arif Yunus kimiləri üçün xəyanət etmək ən adi bir məsələdir.

"Məşhur fransız ədibi Viktor Hüqonun dediyi kimi: "Vətənini rüsvay etmək ona xəyanət etmək deməkdir"

Və bu gün sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, o zaman susmaq haraya qədər? Belə bir məqamda susmaq yox!

Vidadi İskəndərli kimi satqının "mən xalqımın əsgəriyəm" deməyə nə haqqı?!

Və bu gün Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların "Azərbaycan əsgəri" adından danışmağa nə haqqı?

Azərbaycan əsgəri! Bu, adi deyilmiş söz deyil, iftixarla, böyük bir qürurla fəxr ediləsi sözdür! Bu sözdə qalibiyyət, zəfər var - yurdumuzu, torpağımızı qoruyan, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmətlə, izzətlə çəkilib, bundan sonra da çəkiləcək. Çünki bu gün xalqımız sənə müqəddəs və şərəfli vəzifələr tapşırıb, Vətənin, yurdun sədaqətli, mətanətli keşikçisisən –Azərbaycan əsgəri!

Azərbaycanın tanınmış şairi Əhməd Cavad deyirdi, "Xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin tərənnümçüsü və keşikçisi olmalıdır". Təəssüflər olsun ki, Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın, dövlətimizin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Belələrinə nümunə kimi, Tural sadıqlıları, orduxan teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban məmmədovları, sevinc osmanqızılıları, qənimət zahidləri və bu kimilər müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat", "hüquq müdafiəçisi", "blogger", "siyasi mühacir" adlandıran bu antimilli ünsürlər ermənipərəst dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatların sifarişi ilə əllərinə keçən hər fürsətdə ölkəmizə çamur atmağa çalışırlar. Buna nə ad vermək olar? Xəyanət! Xəyanət başqa necə olur ki?! Ermənidən də artıq erməni olan bu çamurlar düşmən ölkələrin oyuncaqlarıdır. Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər. Həmin sifarişləri məhz ölkəmiz üçün belə həssas məqamlarda yerinə yetirərək, insanlarımızın hissləri ilə daha çox oynamaqda, özlərinə olan nifrəti artırmaqdadırlar.

Görünür, bu bu çamurlar, Vətəni, torpağı, namusunu, qeyrətini və...əxlaqsız xainlər Şillerin bu ibratamiz sözlərindən xəbərsizdir. Xəbərin olsun ay şeytanla"iş birliyi quran xəyanətkarlar. Şiller deyirdi ki, "Gücsüzlər neyləyir eləsin, axır yenə güclülərdir qalib gələn". Və bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və... kimi vətən xainləri bilməlidirlər ki, Azərbaycanın qalib iqtidarıyla məğlub müxalifətinin əmin-amanlıq içərisində yaşamağı da elə bu iqtidarın təntənəsidir. Sosial şəbəkələrdə Azərbaycanın uğurlarına və qələbələrinə nə qədər böhtanlı çağırışlar etsəniz də, xalq özü sizi dar ağacından asacaq.

Bu gün özgənin yalı ilə bəslənilərək torpğını, dədə-baba yurdunu satanların, bu Vətənin əldə etdiyi uğurlarına kölgə salmaqdan həzz alanların elə yeri o erməni iyi verən zibillliklərdir. Vətəni, torpağı olmayan Avropa zibillliklərində eşələnənlərin Vətəni olmur. Sizin kimi marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcəklər. Və onu da bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır və bağışlamayacaq da!.

Rəfiqə HÜSEYNOVA