Çempion Beşiktaşın ilk transferi

18 May 2021 11:16 (UTC+04:00)

Beşiktaş, Aytemiz Alanyaspor ilə müqaviləsi bitən 27 yaşlı yarımmüdafiəçi ilə razılaşdı. Beşiktaşlı olmağına 3 il illik 7,5 milyon TL ödəmə ilə müsbət cavab verən Salih Uçanın, rəsmi imzalardan sonra komandaya qoşulacağı gözlənilir. SİA-nın Türkiyə mətbuatına əsasən verdiyi məlumata görə, Alanyasporun yeni müqavilə təklifinə cavab verməyən Salih Uçanla, Super Liqa nəhəngləri Qalatasaray və Trabzonspor yaxından maraqlanıblar, lakin Beşiktaş istəyinə nail olub.

Bu mövsüm Alanyaspor forması ilə 40 oyun keçirən Salih Uçan, 3 qol və 7 asist edib. Karyerasına "Bucaspor"da başlayan Salih Uçan, 2012-2013, 2013-2014 və 2016-2017 mövsümlərində oynayıb və "Roma", "Sion" və "Empoli" kimi komandalarda çıxış edib.