Ekvadorda avtobusun qəzaya uğraması nəticəsində ən azı 9 nəfər ölüb

18 May 2021 03:32 (UTC+04:00)

Ekvadorda avtobus və yük maşınının qəzaya uğraması nəticəsində ən azı 9 nəfər ölüb, 27 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, hadisə ölkənin mərkəzi hissəsindəki Kanyar əyalətində baş verib.

Magistral yolun hərəkəti bağlanıb. Qəzanın səbəbləri araşdırılır.