Hacıqabulda ağır yol qəzası baş verib: bir nəfər ölüb

18 May 2021 08:12 (UTC+04:00)

Hacıqabulda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
"Mercedes ATEKO" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Huseynov Elşən Fazil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.