Samuxda ildırım 18 yaşlı gənci vuraraq öldürüb

17 May 2021 23:02 (UTC+04:00)

Samux rayonunda şimşək çaxması nətcəsində bir nəfər dünyasını dəyişib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Hacallı kəndində baş verib. 2003-cü il təvəllüdlü Həsənov Sənan Zaur oğlu dünyasını dəyişib. İlkin məlumata görə, 18 yaşlı gənc sahədə qoyun otararkən çaxan şimşək onu vurub. Hadisə vaxtı mərhumun atası və daha bir nəfər də orada olub və onlar yüngül xəsarət alıblar.

Məlumat üçün bildirək ki, hazırda Gəncə və ətraf ərazilərdə yağıntılı hava şəraiti hökm sürür.