Peyvəndlə bağlı ayrı-seçkilik var ÜST RƏHBƏRİ NARAZILIĞINI BİLDİRDİ

17 May 2021 22:10 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, indi bütün dünyada peyvəndlə bağlı ayrı-seçkilik var. SİA xəbər verir ki, bu sözləri Təşkilatının rəhbəri Qebreyesus Paris Sülh Forumu tərəfindən təşkil edilən onlayn müzakirədə deyib.

"Bildiyiniz kimi, yüksək gəlirli ölkələr dünya əhalisinin 15%-ni təşkil edir, lakin dünya peyvəndlərinin 45%-nə sahib çıxır. Aşağı və orta gəlirli ölkələr isə dünya əhalisinin demək olar ki, yarısını təşkil edir, lakin onlar peyvəndin yalnız 17% -ni əldə edir. Yəni, bu fərq həqiqətən böyükdür", deyə təşkilatın rəhbəri bildirib.

ÜST rəhbəri bir daha ölkələri koronavirus peyvəndlərini paylaşmağa çağırıb.