Dolğun və nəmli dodaqlar üçün 4 maska

17 May 2021 18:15 (UTC+04:00)

Hər kəs dolğun, nəmli və hamar dodaqlar istəyir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu istəyə tez çatmağın bir sirri var. Dodaq maskaları! Evdə asanlıqla hazırlanan reseptlərlə öz dodaq maskanızı hazırlaya və kimyəvi maddələrə ehtiyac duymadan tam hamar dodaqlar əldə edə bilərsiniz.

Dolğun dodaq üçün maska

Lazımi materiallar aşağıdakı kimidir:

1 çay qaşığı bal

2-3 damla zeytun yağı

Bütün maddələri qarışdırın və diş fırçası köməyi ilə dodaqlarınıza masaj edin.

Nəmləndirici və qırışa qarşı maska

İndi danışacağımız maska ​​qırışların qarşısını alır və dodaqlarınızın elastikliyini bərpa edir. Tərkibi aşağıdakılardır:

1 pomidor

1 çay qaşığı bal

1 çay qaşığı qatıq

Pomidordan suyunu çıxarın. Sonra bal və qatıq əlavə edin. Maskanı dodaqlarınıza sürtün və 15 dəqiqə saxlayıb durulayın.

Quruyan və çatlayan dodaqlar üçün maska

Çatlamış və quru dodaqlarınızın müalicəsi çox asandır. Tərkibi aşağıdakılardır:

1 çay qaşığı. şəkər tozu

1 çay qaşığı bal

5-6 damla qreypfrut suyu

Bütün maddələri bir qabda qarışdırın. Sonra 5 dəqiqə sürtün. İlıq su ilə yuyun.

Ayşən Vəli