Dollar qalxacaq? EKSPERT AÇIQLADI

17 May 2021 16:22 (UTC+04:00)

"Dollarla bağlı hal-hazırda stabil vəziyyət qalacaq. Bunu demək çətin olsa da, üzən məzənnəyə hələ də keçə bilməmişik". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov deyib.

Ekspertin sözlərinə görə, üzən məzənnəyə keçmək üçün özünəməxsus bazar iqtisadiyyatı şəraiti olmalıdır ki, vəziyyətə uyğunlaşmaq mümkünləşsin: "Düşünürəm ki, bu Mərkəzi Bankın qərarından asılıdır. Dollarla bağlı fərq olacağını düşünmürəm. Ən azından sentyabr ayına kimi bu hal davam edəcək".

Ayşən Vəli