Azərbaycan Kuboku final oyunu - Sumqayıt-Keşlə

17 May 2021 16:04 (UTC+04:00)

Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün final görüşünün başlanma saatı müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, "Keşlə" və "Sumqayıt" komandaları arasında mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.