Azərbaycanda Formula1 ləğv edilir? - QURUM RƏSMİSİ AÇIQLADI

17 May 2021 15:59 (UTC+04:00)

“Azərbaycan Qran Prisinin ləğv edilməsindən söz gedə bilməz”. Bu barədə SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva bildirib.

A.Ağayeva qeyd edib ki, yarışlara hazırlıqlar plana əsasən davam etdirilir: “4-6 İyun tarixlərində Azərbaycan Qran Prisi baş tutacaq. Xatırladım ki, bu il keçiriləcək yarışlar pandemiya səbəbindən tamaşaçasız keçiriləcək”.