“Pinterest”in yeni xüsusiyyəti

17 May 2021 13:38 (UTC+04:00)

Bir müddətdir danışılan və sınaq mərhələsində olan “Pinterest”in canlı yayım xüsusiyyəti bəzi məzmun yaradıcılarının istifadəsinə verilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, indiyə qədər hər kəs üçün əlçatmaz olan xüsusiyyət, yaradıcılarla təqibçilər arasında səmimi əlaqə qurmağı hədəfləyir.

Canlı yayım xüsusiyyəti demək olar ki, hər böyük sosial platformada mövcud olduğundan, Pinterest-in məzmun yaradıcılarını təşviq etmək və tətbiqdə əlaqəni artırmaq üçün öz canlı yayım seçimini təklif etməsi təəccüblü deyil.

"TechCrunch"a görə, "iOS" və "Android" tətbiqetmələrindən ilk böyük sınaq 24 - 26 may tarixlərinə planlaşdırılıb. Bu virtual tədbir Rebecca Minkoff və Jonathan Van Ness kimi məzmun yaradıcılarını bir araya gətirəcək.

Ayşən Vəli