Çin Marsa enib

17 May 2021 13:09 (UTC+04:00)

Marsa uğurla eniş etdiyi açıqlanan Çinin Zhurong adlı kosmik gəmisi, Qırmızı Planetdə dördüncü aktiv tədqiqat robotu olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin, ABŞ-dan sonra Marsa uğurlu eniş edən ikinci ölkə oldu. Eniş edən cismin günəş panellərini açması və dünyaya ilk mesajını göndərməsi 17 dəqiqə çəkib.

Əvvəllər Sovet İttifaqı da Marsa nəqliyyat vasitələri göndərirdi, lakin onlar ya sərt eniş ediblər və ya endikdən qısa müddət sonra sıradan çıxıblar.

Çinin müvəffəqiyyətini qeyd edən NASA Elm Departamentinin rəhbəri Thomas Zurbuchen, "Zhurong"un Qırmızı Planeti tədqiq etmək səylərimizə qatqısını səbirsizliklə gözləyirəm" deyib.