Azərbaycanda 250 kilometr uzunluğunda velosiped yolu çəkiləcək

17 May 2021 11:18 (UTC+04:00)

Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

SİA-nın məlumatına görə, bunu Bakı Nəqlıiyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, artıq bununla bağlı Bakı Bulvarı ərazisində 7, 5 kilometr velosiped yolu çəkilib: "Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Azərbaycanda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır".