Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur VİDEO

17 May 2021 10:50 (UTC+04:00)

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.