"Bakıda hər “asqırıq” olan kimi İrəvan KTMT-nin üstünə qaçmalı deyil" - ŞƏRH

16 May 2021 15:52 (UTC+04:00)

İrəvan Bakıda "hər bir asqırıq" üçün KTMT-yə müraciət etməməli, üfüqi əlaqələr qurmaq və sərhəd məsələlərini ikitərəfli formatda həll etməyə çalışmalıdır- Şərqşünas Stanislav Tarasov bu fikirdədir.

İrəvan, Sünik (Zəngəzur-red) bölgəsində "sərhədlərin dəqiqləşdirilməsindən" qorxdu

Ermənistan Müdafiə Nazirliyi 12 may çərşənbə günü, "sərhədləri dəqiqləşdirmək" bəhanəsi ilə Qara Göl yaxınlığındakı Sünik bölgəsindəki (Dağlıq Qarabağla əlaqəli olmayan) hissələrdən birində Azərbaycan qoşunlarının sərhədə doğru irəliləmək cəhdini bəyan edib.

Erməni hərbçilərinin bildirdiyinə görə, görülən tədbirlərdən sonra Azərbaycan qüvvələri hərəkəti dayandırıb. Vəziyyəti həll etmək üçün danışıqlar aparılır və Rusiya hərbçiləri yerindədir.

14 may cümə günü, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin mayın 13-də yenidən Sisyan və Vardenis istiqamətində hərəkət etməyə çalışdıqlarını bildirdi.

“Sputnik” informasiya agentliyi xəbər verir ki, Baş nazir Nikol Paşinyan Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Təhlükəsizlik Şurasına KTMT çərçivəsində Sünik bölgəsindəki vəziyyətlə bağlı məsləhətləşmələrə başlamağı tapşırıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, 13 may cümə axşamı günü Ermənistan İctimai Televiziyasının efirində bildirdi ki, 1994-cü ildə barışıq sazişi imzalandıqdan sonra sərhədin bu ərazidə təchiz edilməsi məsələləri həll olunmayıb.

O, Azərbaycanın hərəkətlərinin yerli xarakterli bir təxribat deyil, müttəfiqlərinin dəstəyini alan Bakının daha geniş siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

Ekspert: Bu, Moskvanın deyil, ikitərəfli münasibətlərin problemidir

REGNUM xəbər agentliyinin Şərq redaksiyasının baş redaktoru, şərqşünas, tarixçi Stanislav Tarasov Pravda.Ru-ya verdiyi şərhdə problemi Moskva vasitəsi ilə həll edərək qoşunların təmas zonasında meydana gələn "hər asqırıq üçün" uyğun olmayan bir mexanizm adlandırıb.

Şərqşünasın fikrincə, sərhəd insidentlərini həll etmək üçün Bakı ilə İrəvan arasında üfüqi rabitəni bərpa etməyin vaxtı gəlib çatıb.

"Bu cür sərhəd hadisələri olduqca təbiidir. Üstəlik, sərhədlərin müəyyənləşdirilməsi bitməyib. Bu, Bakı ilə İrəvan arasında ikitərəfli münasibətlərin problemidir"- Stanislav Tarasov deyir.

Politoloq hesab edir ki, bu, Azərbaycanın silahlı basqını deyil: "Sergey Lavrovun İrəvana və Bakıya səfəri zamanı hər kəs sülh müqaviləsinə riayət olunmasına dair çox müsbət sözlər söylədi. Düşünürəm ki, bu hadisə həll ediləcək".

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu fəaliyyətini elan edən, lakin hələ praktik fəaliyyətə başlamayan bu boşluğa girə bilər: "Sərhəd məsələlərinin həllinə başlamaq üçün məhz bu işi görməsi tamamilə mümkündür. Azərbaycanın Gürcüstanla sərhədlərinin dəqiqlə.dirilməsi ilə bağlı problemləri var. Azərbaycanla Ermənistan arasında sərhədlərin sabit bir şəkildə müəyyənləşdirilməsi yoxdur. Və hər bu tip hadisəni bir işğal kimi nəzərə almaq, KTMT-yə müraciət etmək - bu əsassız, təsirsiz bir diplomatiyadır”- Stanislav Tarasov bildirib.

Tərcümə: Elçin Bayramlı