Radamel Falcao mövsümü tribunalarda bitirdi

16 May 2021 15:42 (UTC+04:00)

Gəldiyi gündən bəri zədələrini sağalda bilməyən Radamel Falcao son oyunu da tribunadan izlədi. 35 yaşlı ulduz hücumçu bu mövsüm liqada 17 oyunda oynayıb, daha çoxunu isə izləməklə yetinib, 23 oyunda oynaya bilməyib.

Falcao matçın ikinci yarısında telefonundan Beşiktaş matçını izləyib, Beşiktaş qazandıqdan sonra məyusluğunu ifadə edib.